BİRJA

14 Yanvar

Dövlət Neft Şirkətinin istiqrazları üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib

Finss.az - 14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2003019893

İstiqraqzların növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi / Abunə yazılışı

İstiqrazların sayı

200,000 (ədəd)

İlkin ticarət qiyməti

1000 ABŞ dolları

Buraxılış həcmi

200,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

6%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir

(ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla

Tədavül müddəti

5 il

Ticarətə buraxılma tarixi

İstiqrazların yerləşdirilməsinə onların fond birjasında

ticarətə buraxılmasından sonra baş tutacaq.

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC