BİRJA

13 Yanvar

BFB-da 2024-cü ildə ən çox dövriyyə etmiş şirkətlər

Finss.az - Ötən ilin yanvar-dekabr aylarında Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlarda birja üzvlərinin dövriyyələri açıqlanıb.

Ən çox dövriyyə edən şirkət “ABB İnvest İnvestisiya Şirkəti” QSC olub (59,1 milyard manat).

İkinci yerdə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 26,8 milyard manatla, üçüncü yerdə isə “Assist Finance İnvestisiya Şirkəti” ASC 6,1 milyard manat dövriyyə ilə yer alıb.

BFB-nin daxili qaydalarına görə, üzvlərin renkinqi aylıq hesablanır və hər ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarları üzrə manatla hesablanır.

 Bank

   adı

Dövrüyyə (manatla)

 Əməliyyatların sayı

1

"ABB İnvest İnvestisiya Şirkəti" QSC

59,071,219,597.00

111031

2

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

26,834,694,838.00

6966

3

“Assist Finance İnvestisiya şirkəti” ASC

6,111,196,252.00

2150

4

“Unicapital İnvestisiya Şirkəti” ASC

3,643,732,120.00

9301

5

“CPM-İnvest İnvestisiya Şirkəti” QSC

3,357,365,499.00

3938

6

“CFI Financial İnvestisiya Şirkəti” QSC

2,551,915,782.00

1985

7

"İnvest-Az İnvestisiya Şirkəti" QSC

1,132,019,460.00

4475

8

"Capital Partners İnvestisiya Şirkəti" QSC

1,052,067,964.00

544

9

"Xalq Kapital İnvestisiya Şirkəti" QSC

781,195,614.00

132

10

“MFX Trading İnvestisiya Şirkəti” ASC

545,474,700.00

338

11

“PSG Kapital İnvestisiya Şirkəti" ASC

179,984,152.00

1510

12

"Troni İnvestisiya Şirkəti" QSC

11,111,104.00

84