BİRJA

13 Yanvar

Neft qiymətləri yüksəlir: Brent nefti son dörd ayda maksimum səviyyədə

Finss.az - Bazar ertəsi neft qiymətləri artmağa davam edib.

Brent markalı neftin bir barelinin qiyməti 81 dolları keçərək avqustdan bəri ən yüksək həddə çatıb.

ABŞ-ın Rusiya neftinə qarşı genişləndirdiyi sanksiyalar qiymətlərin yüksəlməsinə səbəb olub. Brent nefti 1.86% artaraq 81.24 dollar/barel, ABŞ-ın WTI markalı nefti isə 2% bahalaşaraq 78.10 dollar/barel olub.

Yeni sanksiyalar Rusiya xam neftinin əsas alıcıları olan Çin və Hindistana ixracını çətinləşdirəcək. Ekspertlər bildirir ki, bu addım Rusiya neftinin daşınmasında ciddi maneələr yaradacaq və qiymətlərin daha da artmasına səbəb ola bilər.

ABŞ Xəzinədarlığının tətbiq etdiyi sanksiyalar Çinin və Hindistanın alternativ bazarlardan neft almağa məcbur qalacağını göstərir.