BİRJA

13 Yanvar

"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin dövriyyəsi 781,2 mln. manat təşkil edib

Finss.az -  Bakı Fond Birjasının məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin ümumi əməliyyat dövriyyəsi 781,2 milyon manat olub.

Dövr ərzində investisiya şirkətinin müxtəlif qiymətli kağızlar üzrə dövriyyələri aşağıdakı kimi olub:

  • ARMB qiymətli kağızları üzrə dövriyyə: 178,5 milyon manat

  • Dövlət istiqrazları üzrə dövriyyə: 25 milyon manat

  • Korporativ istiqrazlar üzrə dövriyyə: 4,4 milyon manat

  • Səhm əməliyyatları üzrə dövriyyə: 3,5 min manat

  • Repo əməliyyatları üzrə dövriyyə: 573,3 milyon manat