Finss.az - Yanvarın 8-dək olan həftə ərzində investorlar qlobal pul fondlarına 158,73 milyard dollar yönəldib.
Bu, 2020-ci ilin aprelindən bəri ikinci ən yüksək göstəricidir. ABŞ-da administrasiya dəyişikliyi ilə bağlı tariflərin artırılacağına dair narahatlıqlar və FED-in faiz dərəcələrinə dair qərarları öncəsi ehtiyatlı davranış əsas səbəblərdən biridir.
Avropa fondlarına 8,7 milyard dollar axın olduğu halda, ABŞ fondlarından 5,05 milyard dollar çıxarılıb. Texnologiya sektoruna isə beş həftəlik satışdan sonra 1,13 milyard dollar sərmayə qoyulub.
Xammal fondlarından, xüsusən qızıl fondlarından 293 milyon dollar çıxarılıb. İnkişaf etməkdə olan bazarlar istiqraz fondlarına 2,38 milyard dollar xalis axın olsa da, aksiyalar fondlarından 973 milyon dollar çıxarış qeydə alınıb.