BİRJA

21 Avqust

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

2024-cü il 20 avqust tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0201070213 ISIN kodlu, tədavül müddəti 728 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Finss.az bu barədə Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

AZ0201070213 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 142,5 milyon manat təşkil edib. 

Maliyyə Nazirliyi tərəfindən 90,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95,0364 (gəlirlilik 9,28%) səviyyəsində müəyyən edilib. 

İstiqrazların ödəmə müddəti 18 avqust 2026-cı ildir.

Zemfira Ms
Finss.az