BİRJA

20 Avqust

İKZF-nin istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdirilib

19 avqust 2024-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 50,000,000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

Bu barədə Finss.az İKZF-nun rəsmi saytına istinadən məlumat verir.

Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı, faizli istiqrazlarının Emissiya prospekti 22 iyul 2024-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.


Zemfira Ms
Finss.az