BİRJA

19 Avqust

“Brent” neftinin, təbii qazın qiyməti arzalıb, avro bahalaşıb, rubl isə ucuzlaşıb, qızılın qıyməti artıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,29% azalaraq 1 barelə görə 79,45 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,36% azalaraq 1 barelə görə 75,27 ABŞ dollarına enib.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.43 ABŞ dolları və ya 1.70% artaraq 85.54 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,52% azalaraq 2,118 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il avqustun 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il avqustun 19-da Avro 1.8768 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il avqustun 19-da Türkiyə lirəsi 0.0505 manat təşkil edib.

RUBL

2024-cü il avqustun 19-da Rusiya rublu 0.0190 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,1% artaraq 2 540,4 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,72% artaraq 29,48 ABŞ dollarına bərabər olub.