BİRJA

16 Avqust

3, 10, 17 sentyabr tarixlərində hərrac keçiriləcək

3, 10, 17 sentyabr tarixlərində keçiriləcək hərraca müxtəlif növ əmlaklar çıxarılıb. Belə ki, hərraca çıxarılan əmlaklar arasında kiçik dövlət müəssisəsi, nəqliyyat vasitələri, texnika, metal çiv və dizel mühərrikləri var.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3 sentyabr tarixində keçiriləcək hərraca 17 nəqliyyat vasitəsi və texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.

Finss.az-a ƏMDX-dən daxil olan məlumata istinadən bildirir ki, 10 sentyabr tarixində keçiriləcək hərraca 43 nəqliyyat vasitəsi, texnika, avadanlıqlar və 24,5 ton metal çiv çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.

17 sentyabr tarixində keçiriləcək hərraca kiçik dövlət müəssisəsi, 4 texnika və 9 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilir. İlkin satış qiyməti 7.380.000 manat olan müəssisənin ümumi faydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483 kvadratmetrdir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.

Zemfira Ms
Finss.az