BİRJA

16 Avqust

Azərbaycan neftinin, təbii qazın qiyməti artıb, avro, lirə ucuzlaşıb, rubl isə bahalaşıb, qızılın qıyməti azalıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,38% azalaraq 1 barelə görə 80.73 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,51% azalaraq 1 barelə görə 77.76 ABŞ dollarına enib.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.43 ABŞ dolları və ya 1.70% artaraq 85.54 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,23% artaraq 2.20 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il avqustun 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il avqustun 16-da Avro 1.8669 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il avqustun 16-da Türkiyə lirəsi 0.0505 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il avqustun 16-da Rusiya rublu 0.0191 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,08% azalaraq 2 490,40 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0.96% azalaraq 28.55 ABŞ dollarına bərabər olub.