BİRJA

15 Avqust

İKZF-ninistiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdiriləcək

19 avqust 2024-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50 000.000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Bu barədə Finss.az Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının Emissiya prospekti 22 iyul 2024-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

 

Zemfira Ms
Finss.az