BİRJA

15 Avqust

Azərbaycan neftinin, təbii qazın qiyməti azalıb, avro bahalaşıb, lirə ucuzlaşıb, qızılın qıyməti artıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,14% artaraq 1 barelə görə 79,87 ABŞ dolları təşkil edib

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,21% artaraq 1 barelə görə 77,14 ABŞ dollarına yüksəlib.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,38 ABŞ dolları və ya 0,45% azalaraq 84,11 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,09% azalaraq 2,227 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il avqustun 15-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il avqustun 15-də Avro 1.8718 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il avqustun 15-də Türkiyə lirəsi 0.0506 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il avqustun 15-də Rusiya rublu 0.0189 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,35% artaraq 2 488,3 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,41% artaraq 27,73 ABŞ dollarına bərabər olub.