BİRJA

04 İyul

UForex müştəriləri ötən rüb xalis 1 milyon dollar qazanıb

“Unicapital İnvestisiya Şirkəti” ASC, “UForex” xidməti üzrə 2024-cü ilin 2-ci rübünün (aprel-iyun) mənfəət və zərər statistikasını açıqlayıb.

Şirkətdən verilən məlumata görə, rüb ərzində müştərilər foreks ticarətindən 1 milyon 247 min 888 ABŞ dolları məbləğində mənfəət, 251 milyon 616 min ABŞ dolları məbləğində zərər ediblər.

"Bu statistikaya əsasən deyə bilərik ki, hazırda mənfəət əldə etmiş müştərilərin faiz dərəcəsi aktiv müştərilərə nisbətdə - 51.4% təşkil edir",- məlumatda bildirilir.

Xatırladılıb ki, Unicapital 17 ildən artıqdır ki, ölkəmizdə investisiya xidmətləri göstərir. Şirkət müştərilərinə “MetaTrader4” platforması üzərindən qlobal foreks bazarlarına çıxış təmin edir ki, bu, qızıl, neft, valyuta cütlükləri kimi əsas maliyyə alətləri ilə real vaxtda ticarət etməyə imkan yaradır.

Ətraflı: //uforex.az/landing-new/