BİRJA

14 May

AMB: Valyuta hərracında tələb təmin edildi - 14.05.2024

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.

Qeyd edək ki, mayın 7-nə hərracda tələb 75,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az