Bu gün Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1,000 manat olan AZ2008021027 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 1,000.0000 (18%) manat və 1,003.0000 (17.9088%) manat olan 3 sifariş təqdim edilib. İstiqrazların kəsmə qiyməti 1,000.0000 (18%) manat, orta ölçülmüş qiyməti isə 1,000.1576 (17.9952%) manat olaraq müəyyən edilib. İstiqrazların illik faiz dərəcəsi 18 %, faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,059,000 manat, yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil edilib.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ödəmə tarixi 30.12.2028-ci ildir.
Fuad Mədətov
Fins.az