BİRJA

25 Dekabr

Avropa və ABŞ fond bazarları üçün Milad tətili

Milad bayramı ilə əlaqədar bu gün dünyanın bir çox ölkəsində, xüsusilə Avropa və ABŞ-da bazarlar bağlanacaq.

Fins.az xəbər verir ki, Boxing Day bayramı ilə əlaqədar dekabrın 25 və 26-da London birjasında ticarət olmayacaq.

25 dekabr bazar ertəsi və 26 dekabr çərşənbə axşamı Avropanın aparıcı bazarlarından biri olan Eurex-də bütün törəmə alətlər üzrə ticarət və klirinq həyata keçirilməyəcək.

Euronext-ə bağlı olan Amsterdam, Brüssel, Dublin, Lissabon, Milan, Oslo, Paris və Afina, Madrid, Praqa, Varşava və Sürix birjalarında dekabrın 25-i və 26-da ticarət olmayacaq.

Yalnız bu gün, dekabrın 25-də Nyu-York Fond Birjasında (NYSE) və Nasdaq-da ticarət olmayacaq.

Skandinaviya birjaları Kopenhagen, Stokholm, Helsinki və İslandiya həm bu gün, həm də sabah bağlı olacaq.

Honq Konq Birjası da bu gün və sabah ticarət üçün bağlı oolacaq.

Günel Məlikzadə
Fins.az