BAZAR

21 Avqust

Türkiyənin Çinə dəri məhsulları ixracı 54,1% artıb

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Çinə dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 54,1% artaraq, 10,3 milyon dollara çatıb.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayımlayıb.

Nazirliyin verdiyi məlumata görə, cari ilin iyul ayında Türkiyə Çinə 1,9 milyon dollar dəyərində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,8% çoxdur.

Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin ümumi dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azalaraq, 888 milyon dollara enib. İyul ayında isə Türkiyə 138 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 3,3% artım deməkdir.

Nazirlikdən verilən məlumata görə, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 1 milyard 589 milyon dollar dəyərində dəri məhsulları ixrac edib.

Fuad Mədətov
Finss.az