BAZAR

21 Avqust

Türkiyənin ABŞ-a polad ixracı 41,7% artıb

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin ABŞ-a polad ixracı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,7% artaraq 435,2 milyon dollara çatıb.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayımlayıb.

Nazirliyin açıqlamasına görə, 2024-cü ilin iyul ayında Türkiyə ABŞ-a 57,6 milyon dollar dəyərində polad məhsulları ixrac edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 153,7% artım deməkdir.

Ümumilikdə, 2024-cü ilin yanvar-iyul dövründə Türkiyənin qlobal polad məhsulları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,3% artaraq 9,3 milyard dollara bərabər olub. İyul ayında isə Türkiyənin dünya bazarlarına polad ixracı keçən ilin eyni ayı ilə müqayisədə 23,9% artaraq 1,4 milyard dollara yüksəlib.

Son 12 ay ərzində (iyul 2023 - iyul 2024) Türkiyə ümumilikdə 15,9 milyard dollar dəyərində polad məhsulları ixrac edib.

Fuad Mədətov
Finss.az