2024-cü ilin birinci yarısında Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmasından əldə olunan gəlir 4 996,8 min manat olub, bu isə illik müqayisədə 18,4% artım deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ilin eyni dövründə bu göstərici 4 219,9 min manat təşkil edib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3 849,8 min sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% artım nümayiş etdirir.
Fuad Mədətov
Finss.az