Bu ilin yanvar-iyul aylarında Şimal-Cənub Dəhlizi ilə tranzit yükdaşımalarda ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım qeydə alınıb. Ötən ilin müvafiq dövründə 347 min 429 ton olan daşıma, bu il 434 min 651 tona yüksəlib.
Finss.az bu barədə ADY-yə istinadən xəbər verir.
Tranzit yüklər, dəhlizin Azərbaycandan keçən Astara-Yalama və Yalama-Astara istiqamətləri üzrə daşınıb.
Fuad Mədətov
Finss.az