BAZAR

16 Avqust

Azərbaycan 230,31 milyon ABŞ dolları dəyərində neft məhsulları ixrac edib

Cari ilin yanvar-iyul aylarında Azərbaycan 230,31 milyon ABŞ dolları dəyərində 332 340,61 ton neft məhsulları ixrac edib.

Finss.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə istinadən verdiyi məlumata görə, bu müddət ərzində Azərbaycanın neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 32,4%, həcm baxımından isə 43,3% azalıb.

Qeyd etmək lazımdır ki, 2023-cü ildə Azərbaycan 572,21 milyon ABŞ dolları dəyərində 925 225,07 ton neft məhsulları ixrac edib.

Bununla yanaşı, hesabat dövründə ixracın dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,5%, həcmi isə 20% artım göstərib.

Fuad Mədətov
Finss.az