BAZAR

16 Avqust

Azərbaycana 102,62 milyon ABŞ dolları dəyərində buğda idxal edilib

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 102,62 milyon ABŞ dolları dəyərində 460 645 ton buğda idxal edilib.

Finss.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20% və ya 117,4 min ton, məbləğ baxımından isə 37,7% və ya 62 milyon ABŞ dolları azalma ilə müşahidə olunub.

Xatırladaq ki, cari ilin ilk yeddi ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 0,95%-nə bərabər olub.

Qeyd edək ki, hesabat dövründə ölkəyə idxal edilən buğdanın 1 tonunun orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7% azalaraq 222,8 ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az