BAZAR

16 Avqust

Azərbaycanda geyim və ayaqqabılara xərclənən vəsait 5%-ə yaxın artıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 133.3 milyon manat vəsait xərclənib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur.

Qeyd edək ki, cari ilin iyul ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 632.8 milyon manata bərabər olub.

Xatırladaq ki, cari ilin yanvar-iyul ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.8%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 247,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Fuad Mədətov
Finss.az