BAZAR

16 Avqust

Azərbaycanda taksilərilə sərnişin daşımaları 3,7% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda minik taksiləri ilə 47,2 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artım deməkdir.

Dövlət Statistika Komitəsinin Finss.az-a təqdim etdiyi məlumatlara görə, 2023-cü ilin yanvar-iyul aylarında minik taksiləri ilə daşınan sərnişinlərin sayı 45,5 milyon nəfər olub.

Bununla yanaşı, 2024-cü ilin ilk yeddi ayında ölkənin nəqliyyat sektorunda sərnişin daşımalarının ən böyük hissəsi avtomobil nəqliyyatına aid olub. Bu dövrdə avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 994,6 milyon nəfərə çatıb ki, bu da illik müqayisədə 9,1% artım göstərir.

Fuad Mədətov
Finss.az