BAZAR

15 Avqust

Azərbaycanda ictimai iaşə dövriyyəsi real ifadədə 8,2% artıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1 milyard 244,6 milyon manat olub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 9,6% artaraq 630,5 milyon manat olub.

Fuad Mədətov
Finss.az