BAZAR

15 Avqust

Azərbaycanda dəniz nəqliyyatı ilə daşıınan yüklərin neftin payı 48,6% təşkil edib

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4 905,7 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% azalıb.

Dövlət Statistika Komitəsindən Finss.az-a verilən məlumata görə, hesabat dövründə daşıınan yüklərin 48,6%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 8 059,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6 449 min tonunu və ya 80%-i tranzit yüklər təşkil edilib. 2024-cü il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 350,4 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 23,6% artaraq 15,7 min nəfər olub”, - məlumatda qeyd olunur.