BAZAR

15 Avqust

2024-cü ilin ilk yarısında topdansatış ticarət dövriyyəsi 7 faiz artıb

Cari ilin yanvar-iyun aylarında topdansatış ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 7 faiz artaraq 16 milyard 255,1 milyon manata çatıb.

Finss.az Dövlət Statistika Komitəsin istinadən xəbər verir ki, dövriyyənin 31,6 faizi ərzaq məhsullarının, 9,6 faizi içkilər və tütün məmulatlarının, 12,1 faizi bərk və maye yanacaqların, 7,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 3,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,7 faizi elektrik malları və mebellərin, 29,4 faizi isə digər qeyri-ərzaq mallarının topdansatışı ilə formalaşıb.

Pərakəndə ticarət dövriyyəsinin 58,3 faizi Bakı şəhərində (2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz artmış), 5,7 faizi Abşeron-Xızı (2,3 faiz artmış), 4,7 faizi Mərkəzi Aran (0,1 faiz azalmış), 4,3 faizi Gəncə-Daşkəsən (0,4 faiz artmış), 4,2 faizi Lənkəran-Astara (3,7 faiz artmış), 3,7 faizi Qazax-Tovuz (2,2 faiz artmış), 3,3 faizi Şirvan-Salyan (0,2 faiz artmış), 3,2 faizi Quba-Xaçmaz (0,6 faiz artmış), 3,1 faizi Şəki-Zaqatala (1,0 faiz artmış), 2,6 faizi Qarabağ (4,8 faiz artmış), 2,5 faizi Mil-Muğan (1,2 faiz artmış) iqtisadi rayonlarının, 2,2 faizi Naxçıvan Muxtar Respublikasının (1,2 faiz artmış), 1,7 faizi Dağlıq Şirvan (0,8 faiz artmış) və 0,5 faizi Şərqi Zəngəzur (4,1 faiz artmış) iqtisadi rayonlarının ticarət fəaliyyəti sayəsində yaranıb.

 

Zemfira Ms
Finss.az