BAZAR

14 Avqust

Əmək müqavilələrinin sayı artıb

5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Finss.az xəbər verir ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə  439.564 vahid artıb və 2024-cü ilin avqust ayının 1-nə 1.841.479 olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 428.791 vahid artaraq 968.713 təşkil edib.

 

Zemfira Ms
Finss.az