BAZAR

14 Avqust

Türkiyənin Azərbaycana mebel ixracı 50,8 milyon dollara bərabər olub

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Azərbaycana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 50,8 milyon dollara bərabər olub.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayımlayıb.

Məlumata görə, bu ilin iyul ayında Türkiyə Azərbaycana 8,5 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 8,1 faiz azdır.

Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 4 milyard 504 milyon dolları ötüb.

2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına mebel ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 16,6 faiz artaraq, 707 milyon dollara bərabər olub.

Son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 7 milyard 897 milyon dollar məbləğində mebel ixrac edib.

Fuad Mədətov
Finss.az