BAZAR

08 Avqust

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 19 mindən çoxdur

Naxçıvan Muxtar Respublikasında 1 avqust 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 24 faiz artıb və 19.219 olub.

Bu barədə Finss.az Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 522 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2 faiz artaraq 5.432-yə çatıb.