BAZAR

08 Avqust

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

2024-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 272 milyon 795,7 min manat vergi daxil olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 944,1 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 778,8 milyon manat və ya 12,6 faiz çox olub.

Bu barədə Finss.az Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Ödənilən vergilərin 67,6 faizi qeyri-neft-qaz sektorunun, 32,4 faizi isə neft-qaz sektorunun payına düşüb.