Elm

05 Avqust

Qeyri-neft özəl sektorunda əmək müqavilələrinin sayı 79 faiz artıb

"Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb. Bu, 426 min yeni əmək müqaviləsi deməkdir".

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.

"Əmək bazarında keyfiyyət dəyişikliyi iqtisadi artım, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi siyasətinin nəticəsidir", - nazir əlavə edib.