BAZAR

04 İyul

Voloqodskdan Azərbaycana 20 ton quru süd tədarük edilib

Rusiyanın Voloqodsk vilayətindən Azərbaycana ümumi çəkisi 20 ton təşkil edən 3 partiya quru süd ixrac edilib.

Fins.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, Xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana avtomobil yolu ilə göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.

Voloqodsk vilayətindən Azərbaycan və Özbəkistana quru süd ixracına 2024-cü ildən başlanılıb. İlin əvvəlindən bu iki ölkəyə ümumilikdə 140 ton məhsul ixrac edilib.

Kaira Agayeva 

Fins.az