BAZAR

03 İyul

Məhəmməd Nasar Həyat: “İqlim dəyişikliyi kənd təsərrüfatı sahəsinə ciddi təsir edir”

“Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi məhsulun səmərəli və dayanıqlı becərilməsinə zəmanət verir”. Bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Məhəmməd Nasar Həyat “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında deyib.

Fins.az xəbər verir ki, onun sözlərinə görə, texnoloji tərəqqiyə nail olmaq elmi yanaşma və akademik icmalarla sıx qarşılıqlı əlaqə tələb edir.

"Tədqiqat və inkişafa sərmayə yatırmaq vacibdir. Biz aqrar tədqiqat mərkəzləri ilə işləyirik. Biz onlara tədqiqatlarını fermerlərin ehtiyaclarına daha yaxşı uyğunlaşdırmaqda kömək etmək üçün çalışırıq. Torpağın sağlamlığı da eyni dərəcədə vacibdir, çünki aqressiv əkinçilik üsulları dünyanın bir çox regionlarının tükənmədən əziyyət çəkmələrinə səbəb olur. İqlim dəyişikliyi də kənd təsərrüfatı sahəsinə ciddi təsir edir”, - deyə M.Nasar Həyat bildirib.

Kaira Agayeva 

Fins.az