BAZAR

28 İyun

Mayda Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı 30,39 % artıb

2024-ci ilin may Azərbaycandan Türkiyəyə 75 min 474 turist səfər edib ki, bu da 2023-cu ilin mayı ilə müqayisədə 30,39 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,47 faiz təşkil edib.

2024-ci ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 334 215 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,64 faiz azdır.

2024-ci ilin yanvar-may aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,12 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin may Türkiyəyə 5 milyon 130 min 119 turist səfər edib ki, bu da ötən ilin mayı ilə müqayisədə 14 faiz çoxdur.

2024-ci ilin yanvar-may aylarında 15 milyon 784 min 213 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz çoxdur.

Fuad Mədətov
Fins.az