2024-cü ilin yanvar- may aylarında Türkiyənin Gürcüstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq, 71,5 milyon dollara bərabər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Bu ilin may ayında Türkiyə Gürcüstana 13,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 0,5 faiz çoxdur.
2024-cü ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 6,7 milyard dollara bərabər olub.
Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,7 faiz çoxdur.
Son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Fuad Mədətov
Fins.az