BAZAR

24 İyun

Ölkə üzrə ictimai iaşə dövriyyəsi 6 faiz artıb

Bu ilin yanvar-may aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6 faiz artaraq 801,8 milyon manat olub.
Fins.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən, xəbər verir ki,  özəl sektorda dövriyyənin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə 6,9 faiz artaraq 406 milyon manat təşkil edib.