BAZAR

21 İyun

Azərbaycanda avtobus marşrutlarına onlayn bilet satışı 5 dəfə artıb

Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “biletim.az” portalı üzərindən 122 991 ədəd bilet alınıb.

Bu barədə Fins.az-a AYNA-dan bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Qeyd edək ki, "biletim.az" portalı 2022-ci ilin dekabr ayından istifadəyə verilib. Portal Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edir.

Fuad Mədətov
Fins.az