BAZAR

21 İyun

Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 6000-dən çox olub

Bu günədək Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 6000-dən çox olub.

Bu barədə Fins.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, taksi fəaliyyəti göstərmək üçün təlim keçən sürücülərin sayı 23 000-ni ötüb.

Qeyd edək ki, bu ilin aprel ayından AYNA taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayıb.

Fuad Mədətov
Fins.az