BAZAR

15 İyun

Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 5,5% artıb

2024-cü ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5% artaraq 432,9 milyon manat olub.

Fins.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 257,8 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,5%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az