BAZAR

11 İyun

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb

Bu ilin may ayında "Bakı Metropoliteni" QSC-də QR biletlə ödəniş edənlərin sayı aprel ayı ilə müqayisədə 73,9 % artaraq 447 237 nəfər olub.

Fins.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay QR biletlər gündəlik ödəniş sayı orta hesabla 14 427 olub. Bu isə əvvəlki aya nisbətən 68,3 % çoxdur.

Fuad Mədətov
Fins.az