BAZAR

11 İyun

Azərbaycana uçuşların sayı 23 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 9 818 aviareys təşkil olunub.

Fins.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş olub - 2 928 reys. Bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur.

Təkcə mayda isə Azərbaycana 2 228 aviareys təşkil olunub. Bu, illik müqayisədə 23,4 % çoxdur. Ötən ay Rusiyadan isə 689 uçuş olub ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.

Hesabat dövründə Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 2 083 uçuş olub ki, bu da illik müqayisədə 10,2 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 231 reyslə (+38,6 %) daxil olub.

Fuad Mədətov
Fins.az