BAZAR

11 İyun

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 10,2 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə 9 milyard 355,6 milyon manatdan artıq dövriyyə qeydə alınıb.

Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 864,4 min manatdan, yaxud 10,2%-dən çoxdur.

Qeyd edilb ki, bu günədək ölkədə 98 346 ədəd yeni nəsil NKA quraşdırılıb.

Fuad Mədətov
Fins.az