BAZAR

11 İyun

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı AÇIQLANIB

Bu il iyun ayının 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 854 607 olub.

Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 452 692 vahid çoxdur.

Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 410 704 vahid artaraq 950 626 təşkil edib.

Fuad Mədətov
Fins.az