BAZAR

10 İyun

Bu il Azərbaycandan aviareyslərin sayı 22%-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 9 778 aviareys təşkil olunub.

Fins.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,7 % çoxdur. Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 2 897 reys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur. Təkcə may ayında Azərbaycandan 2 231 aviareys təşkil olunub. Bu da bir il əvvəlki dövrü ilə müqayisədə 23,6 % çoxdur. Mayda isə Rusiyaya 689 reys təşkil olunub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 16,5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 2 099 reys olub ki, bu da illik müqayisədə 10,2% çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 231 reyslə (+38,6 %) daxil olub.