BAZAR

10 İyun

Aktiv ƏDV ödəyicilərinin sayı 6,7 faiz artıb

2024-cü il iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 775 min, aktiv ƏDV ödəyicilərinin sayı 6,7 faiz artaraq 48,8 min təşkil edib.

Fins.az xəbər verir ki, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,4 faiz artıb və 207,4 min olub.