BAZAR

21 May

Naxçıvanda ümumi daxili məhsul istehsalı 424,762 milyon manatdan çox olub

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.

Bəhs olunan dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 905,9 manat olub. Həmçinin bu ilin yanvar-aprel aylarında muxtar respublikada 171 milyon 191 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 10,9 faiz üstələyib.

Fuad Mədətov
Fins.az