BAZAR

21 May

Azərbaycanda aliment ödəyicilərinin sayı AÇIQLANDI

Yerli icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 2023‐ci ildə Bakının 12 rayonu üzrə 26822 (2022‐ci ildə 26463), Azərbaycanın bölgələri üzrə 64374 (2022‐ci ildə 58157) aliment ödəyicisi var.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

2022‐ci illə müqayisədə aliment ödəyicilərinin sayı artıb. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa, borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur.

Fuad Mədətov
Fins.az