BAZAR

19 Fevral

6 lisenziyası və 2 əmtəə nişanı olan dövriyyəli tikinti şirkəti satılır – HAZIR BİZNES

Bakı şəhərində hazır biznes olaraq dövriyyəli tikinti şirkəti satılır.

Fins.az xəbər verir ki, şirkətin son bir ildə rəsmi dövriyyəsi 100.000 manat olub və ay ərzində 8-10 min manat dövriyyəsi var.

Dövlət qurumları və banklar ilə aktiv müqavilələri var. Şikət tenderlərdə iştirak edib və qalib olub. Şirkətin 2 əmtəə nişanı (Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyata alınıb), 2 saytı (fərqli domen adları altında), “Facebook” və “Instagram” səhifələri mövcuddur. Sosial mediaya ay ərzində 500-1000 manat arası büdcə xərclənilir. Şirkətin promo məhsulları dizayn edilib çap edilib. Hazırda 6 nəfərdən ibarət komanda fəaliyyət göstərməkdədir.

Şirkət 2022-ci ildə yaradılıb. Vergi borcu 0-dır. Şirkətin 6 lisenziyası mövcuddur:

1. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi;
2. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri; (full)
3. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri;
4. Liftlərin quraşdırılması və təmiri fəaliyyəti;
5. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması;
6. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri; (full)

Qiymət: 280 AZN

(+994 70) 838 23 34 / Həbib