BANK

05 Fevral

AMB valyuta ehtiyatları 10,9 milyard ABŞ dolları təşkil edib

Bu il fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10,9 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bu, yanvarın 1-i ilə müqayisədə 0,3% çoxdur.

Son bir ildə isə Mərkəzi Bankın valyuta ehtiyatları 5,6% azalıb.

Qeyd edək ki, Mərkəzi Bank ötən aylarda valyuta bazarına satışyönlü müdaxilə etmişdi. Qurum ötən ilin son rübündə valyuta bazarında satışyönlü mövqedən çıxış etməsini müdaxilə ilə deyil, dövlət xərcləri ilə əlaqələndirmişdi.